Cəmiyyət

Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi

10 Jun 2026, 11:01 8 baxış
Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib.


Axar.az Oxu.az-a istiandla xəbər verir ki, onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək.


Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.


Hər iki gəmidə olan və sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü isə dünən axşam saatlarında ölkəyə gətiriliblər.

Mənbə axar.az

Oxşar Xəbərlər