Cəmiyyət

Bakıda obyekt səkini zəbt etdi: İH-dən reaksiya... - Video

10 Jun 2026, 10:14 17 baxış
Bakıda obyekt səkini zəbt etdi: İH-dən reaksiya... - Video

Paytaxtın Xətai rayonu ərazisində səkinin ensiz olması səbəbindən piyadaların hərəkətində maneələr yaranır. Ensiz səkidən keçmək olmur. Piyadalar avtomobil yoluna çıxaraq hərəkət edirlər. Səki olmadığından yolun həmin hissəsindən piyadalar az istifadə edirlər. Bu, sürücülər üçün də qəza şəraiti yaradır.


Axar.az xəbər verir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Xəzər TV-yə verilən açıqlamada səkinin ensiz olmasına oradakı obyektin həmin səkini zəbt etməsinin səbəb olduğu bildirilib.


Qeyd edilib ki, İcra Hakimiyyəti tərəfindən yenidən araşdırma aparılacaq və tədbir görüləcək.


Mənbə axar.az

Oxşar Xəbərlər