Cəmiyyət

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

10 Jun 2026, 10:56 17 baxış
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tiflis-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.


Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.


Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tiflisdən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək:


"Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz".

Mənbə axar.az

Oxşar Xəbərlər