İdman

Mourinyo “Real Madrid”in baş məşqçisi oldu

10 Jun 2026, 09:28 15 baxış
Mourinyo “Real Madrid”in baş məşqçisi oldu

İspaniyanın "Real Madrid" futbol klubu portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçi postuna təyinatı üçün "Benfika"ya 15 milyon avro ödəməyə razılaşıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisi "Benfika"nın mətbuat xidməti məlumat yayıb.


Lissabon klubu eyni zamanda yeni baş məşqçisinin də adını açıqlayıb. Komandanı bundan sonra Marku Silva çalışdıracaq.


63 yaşlı Joze Mourinyo 2010-2013-cü illərdə də "Real Madrid"ə rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.


Mütəxəssis 2025-ci ilin sentyabrından "Benfika"nın baş məşqçisi idi. O, karyerası ərzində Portuqaliyanın "Leyriya" və "Portu", İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem", İtaliyanın "İnter" və "Roma", eləcə də Türkiyənin Fenerbahçe S.K. klublarında çalışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər