İdman
"Real Madrid" Arbeloa barədə yekun qərarını açıqladı
"Real Madrid" futbol klubu və baş məşqçi Alvaro Arbeloa onun klubdakı fəaliyyətinə xitam verilməsi ilə razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. "Real" klubdakı bütün karyerası ərzində - akademiyamıza qədəm qoyduğu andan etibarən - hər zaman loyallıq, fədakarlıq və peşəkarlıq nümayiş etdirmiş Alvaro Arbeloaya dərin təşəkkürünü bildirir. Onun şəxsiyyəti klubumuzun dəyərlərinə bir nümunədir. Hər zaman onun evi olaraq qalacaq "Real Madrid" klubu Alvaro Arbeloaya və bütün ailəsinə həyatın yeni mərhələsində uğurlar arzulayır", - deyə klubun bəyanatında bildirilir. Arbeloanın rəhbərliyi altında "Real" başa çatan mövsümdə İspaniya çempionatında 2-ci yeri tutub. "Real Madrid"in yeni baş məşqçisi postuna Joze Mourinyonun təyin ediləcəyi gözlənilir.
Mənbə
oxu.az