İdman

Cənubi afrikalı müdafiəçi "Sabah"la müqavilə bağladı

10 Jun 2026, 01:48 2 baxış
Cənubi afrikalı müdafiəçi "Sabah"la müqavilə bağladı
Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubunun müdafiəçisi Aden Makkarti "Sabah" klubuna keçidini başa çatdırıb. Oxu.Az bu barədə jurnalist Lorenso Köhler "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, 22 yaşlı futbolçu Azərbaycan çempionu ilə üçillik müqavilə imzalayıb. Transferin məbləği bonuslar nəzərə alınmadan 420 min dollardan çox təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər