İdman

Azərbaycan millisi San-Marinonu çətinliklə məğlub etdi

10 Jun 2026, 00:10 1 baxış
Azərbaycan millisi San-Marinonu çətinliklə məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.


Axar.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San-Marino yığması ilə qarşılaşıb.


Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunan görüş yığmanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəhman Daşdəmirov və Renat Dadaşov vurublar.


Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.

Mənbə axar.az

Oxşar Xəbərlər