Cəmiyyət

Bakının bəzi ərazilərində qaz olmayacaq

09 Jun 2026, 21:53 3 baxış
Bakının bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.


"Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 10 iyun saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin, Suraxanı rayonunun "MİDA" yaşayış kompleksinin, Nəsimi rayonunun Azadlıq prospektinin, M.Qaşqay, Ə.Qasımzadə, S.Rüstəm, S.Zeynalov, M.Rəfili, M.Kaveroçkin, V.Plotnikov, S.Əsgərova, S.Rəhimov, A.Bakıxanov, E.Tağızadə və İ.Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər