Mədəniyyət

Avropa kitabxanalarından Puşkinin nadir nəşrlərini kim oğurlayıb? - Məhkəmə başladı - FOTO

09 Jun 2026, 18:20 2 baxış
Avropa kitabxanalarından Puşkinin nadir nəşrlərini kim oğurlayıb? - Məhkəmə başladı - FOTO
Avropa kitabxanalarından Aleksandr Puşkinin və digər rus klassiklərinin nadir nəşrlərinin oğurlanması ilə bağlı Parisdə iyunun 9-da məhkəmə prosesi başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" xəbər yayıb. Silsilə oğurluqların təşkili ilə əlaqədar Gürcüstandan olan yeddi nəfər ittiham olunur. Onları on ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Müstəntiqlər hesab edirlər ki, bu cinayətkar qrup 2022-2023-cü illərdə Fransa, İsveçrə, Almaniya, Finlandiya, Polşa, Litva, Latviya və Estoniya kitabxanalarında törədilmiş bir sıra oğurluqların arxasında dayanıb. İtmiş kitabların ümumi dəyəri 650 min avro həcmində qiymətləndirilib. Məlumatda bildirilir ki, məhkəmə prosesində bu cinayətlərin antikvar tacirlərinin sifarişi, yoxsa yerli mətbuatın yazdığı kimi, mədəni irs nümunələrinin Rusiyaya qaytarılması məqsədini daşıyan planlı kampaniya əsasında törədildiyi müəyyənləşdirilməlidir. Kitabların Rusiyaya qaytarılması üçün oğurlanması iddiası üzrə hələlik heç bir rəsmi təsdiq yoxdur.
{{gallery}}
Avropa kitabxanalarından Puşkinin nadir nəşrlərini kim oğurlayıb? - Məhkəmə başladı - FOTO Avropa kitabxanalarından Puşkinin nadir nəşrlərini kim oğurlayıb? - Məhkəmə başladı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər