Dünya

Nüvə dövlətləri silahlanmaya FANTASTİK MƏBLƏĞ xərcləyiblər: Siyahıya hansı ölkə liderlik edir?

09 Jun 2026, 15:32 2 baxış
Nüvə dövlətləri silahlanmaya FANTASTİK MƏBLƏĞ xərcləyiblər: Siyahıya hansı ölkə liderlik edir?
Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) 2025-ci il üçün təqdim etdiyi məlumatlara əsasən, nüvə arsenalına malik doqquz dövlət bu silahların inkişafı və saxlanması üçün böyük məbləğ - 119 milyard dollar vəsait ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə RMF24 portalı məlumat yayıb. Siyahıya Amerika Birləşmiş Ştatları liderlik edir. Belə ki, ötən il rəsmi Vaşinqton bu məqsədlə 69.2 milyard dollar xərcləyib. Bu rəqəm əvvəlki illə müqayisədə 22 faiz çox olmaqla yanaşı, digər bütün ölkələrin ümumi xərclərindən də xeyli çoxdur. Xərclərin həcminə görə ikinci yerdə Çin qərarlaşıb. Pekin nüvə silahına 2024-cü illə müqayisədə 7 faiz çox, yəni 13.5 milyard dollar vəsait ayırıb. Nəşrin xüsusi olaraq vurğuladığı diqqətçəkən məqam isə Böyük Britaniyanın Rusiyanı qabaqlamasıdır. Rəsmi London xərclərini 17 faiz artıraraq 12.6 milyard dollara çatdırıb. Öz növbəsində Rusiya da nüvə silahlanmasına ayırdığı büdcəni 6 faiz artırıb və bu göstərici 9.5 milyard dollar təşkil edib. Daha əvvəl "Axios" nəşri məlumat verib ki, ABŞ yaxın 10 il ərzində nüvə silahlarının istismarı, saxlanması və modernləşdirilməsi üçün təqribən bir trilyon dollar xərcləməyi planlaşdırır. Bu məbləğ federal agentliklərin illik xərclərindən qat-qat çoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər