Dünya

ABŞ yeni "Qiyamət günü təyyarəsi"nin istehsalına başlayır

09 Jun 2026, 13:16 2 baxış
ABŞ yeni "Qiyamət günü təyyarəsi"nin istehsalına başlayır
ABŞ Hərbi Hava Qüvvələri "Qiyamət günü təyyarəsi" kimi tanınan yeni "E-4C" hava komanda məntəqəsinin inkişaf etdirilməsi məqsədilə hökumətdən 2.2 milyard dollar vəsait istəyib. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi müvafiq büdcə sənədlərinə istinadən məlumat yayıb. Bu məbləğin 2027-ci maliyyə ili üçün ayrılması nəzərdə tutulur ki, bu da cari ildə proqrama yönəldilən vəsaitdən 23.2% çoxdur. Yeni hava gəmisinin hazırkı "E-4B" modelini əvəzləyəcəyi gözlənilir. Sözügedən texnika nüvə partlayışının təsirlərindən və elektromaqnit müdaxilələrindən qorunacaq. Bu xüsusiyyətlər yerüstü infrastruktur dağılacağı təqdirdə belə, rabitə və koordinasiyanı qoruyub saxlamağa imkan verəcək. Layihənin işlənib hazırlanması üçün müqavilə "Sierra Nevada Corporation" şirkəti ilə imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər