Dünya

"Jeep" avtomobillərində kütləvi nasazlıq: 1.3 milyon maşın geri çağırılır

09 Jun 2026, 13:32 2 baxış
"Jeep" avtomobillərində kütləvi nasazlıq: 1.3 milyon maşın geri çağırılır
"Stellantis" avtomobil konserni yanğın riski səbəbindən qlobal miqyasda 1.3 milyondan çox "Jeep" avtomobilini geri çağırmaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, geri çağırılma "Jeep Wrangler" ofrouderləri və "Jeep Gladiator" pikaplarını əhatə edir. Qərara səbəb kimi elektrohidravlik sükan gücləndiricisinin naqillərindəki elektrik bağlantısında ehtimal olunan qüsur göstərilir. Bu nasazlıq bəzi hallarda avtomobilin qızmasına və alışmasına səbəb ola bilər. Avtomobil istehsalçısı sürücülərə problemi həll edənədək maşınları binalardan və digər nəqliyyat vasitələrindən aralı park etməyi məsləhət görüb. Proses ABŞ-də 1.08 milyon, Kanadada 106 min, Meksikada 23 min, digər ölkələrdə isə təqribən 125 min nəqliyyat vasitəsinə şamil olunacaq. "Reuters" vurğulayır ki, təmir prosesi zamanı naqillər və ya sükan gücləndiricisinin nasosu yoxlanılacaq, zərurət yaranarsa, dəyişdiriləcək. "Stellantis" şirkəti yaranmış nasazlığın həlli yolunu iyul ayından gec olmayaraq təqdim etməyi nəzərdə tutur. Şirkətdən verilən məlumata əsasən, indiyədək sözügedən qüsurla əlaqədar cəmi bir xəsarət faktı barədə məlumat daxil olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər