Dünya

Yerin yaxınlığından güclü maqnit qasırğası yaradan plazma buludu keçib

09 Jun 2026, 13:56 2 baxış
Yerin yaxınlığından güclü maqnit qasırğası yaradan plazma buludu keçib
Alimlərin güclü G3 səviyyəli geomaqnit qasırğası ilə bağlı proqnozları özünü doğrultmayıb. Günəş maddəsinin atılması planetimizdən tam şəkildə yan keçib. Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş Yer Fizikası İnstitutundan məlumat verilib. "Yer üzündə bir dənə də olsun ot tərpənməyib", - deyə alimlər qeyd ediblər. Riyazi modellər toqquşma ehtimalını rekord həddə - 96% olaraq qiymətləndirirdilər. Mütəxəssislər etiraf edirlər ki, kosmik hava dəqiqlik baxımından hələ ki normal hava şəraitindən geri qalır və bu cür "sıçrayışlar" arabir baş verir. Hazırda Günəşdə bir çox ləkələr və protuberanslar (Günəşin səthində - xromosferdə qırmızı rəngli nəhəng qızğın qaz kütləsi çıxıntısı - red.) var, lakin onlar özlərini sakit aparır. Yüksək X sinifli partlayışlar, demək olar ki, istisnadır, lakin orta M sinifli partlayışların baş verməsi mümkündür. Yaxın günlərdə Yer kürəsi yaxınlığından plazma buludu keçəcək və onun geomaqnit fonuna təsiri hazırda müəyyən edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər