Dünya
"Brent" və WTI markalı neft füçersləri UCUZLAŞDI
Qlobal bazarda neft kəskin bahalaşmadan sonra yenidən ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:13-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.81 dollar (0.86%) ucuzlaşaraq bir barel üçün 93.44 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.16 dollar (1.24%) bahalaşaraq bir barel üçün 94.25 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.15 dollar (1.26%) ucuzlaşaraq bir barel üçün 90.15 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 0.76 dollar (0.84%) bahalaşaraq bir barel üçün 91.30 dollara satılmışdı.
Mənbə
oxu.az