Dünya
ABŞ-İran razılaşması nə vaxt olacaq? - Trampdan MÜHÜM BƏYANAT
ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində Vaşinqtonla Tehran arasında razılaşmanın əldə oluna biləcəyini istisna etməyib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qremin dəstəklənməsi ilə bağlı telekonfrans zamanı bildirib. "Hazırda danışıqlar aparırıq və onlar olduqca əlverişli bir müqavilə bağlamaq istəyirlər, hər şeyi bizə verməyə hazırdırlar. Onlar nüvə silahından imtina etməyə razıdırlar. Düşünürəm ki, biz qalib gəlirik, lakin növbəti iki həftə ərzində qələbə qazanmalıyıq ", - deyə ABŞ məlumat verib. O əlavə edib ki, bu, tam bir zəfər olacaq, çox tezliklə baş verəcək və neftin qiyməti dərhal aşağı düşəcək. Qeyd edək ki, bundan əvvəl də Tramp ABŞ və İranın münaqişənin həlli ilə bağlı razılaşma əldə etməyə yaxın olduğuna dair mövqeyini dəfələrlə ifadə edib.
Mənbə
oxu.az