Dünya

Filippində zəlzələ qurbanlarının sayı 37 nəfərə çatdı

09 Jun 2026, 09:58 4 baxış
Filippində zəlzələ qurbanlarının sayı 37 nəfərə çatdı
Filippinin cənubunda qeydə alınan 7.8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 32-dən 37-yə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb. Məlumata görə, seysmik hadisə zamanı ümumilikdə 456 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, daha dörd şəxs isə itkin düşmüş hesab olunur. Yerli rəsmilər bildirirlər ki, Mindanao adasında təxminən 1 900 bina, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış evləri ziyan çəkib. Bunlardan 1 500-ə yaxını təbii fəlakət nəticəsində tamamilə dağılıb. Xeneral-Santos şəhərinin beynəlxalq hava limanına ziyan dəyməsi uçuşların təxirə salınmasına səbəb olub. Filippin Mülki Aviasiya İdarəsi yeraltı təkanların fəsadlarının aradan qaldırılması məqsədilə limandan yalnız hərbi, hökumət və humanitar təyyarələrin istifadə etməsinə icazə verib. Xeneral-Santos şəhərində isə fövqəladə vəziyyət rejimi elan edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər