Dünya

Niderlandda dünyada ilk dəfə kultivasiya olunmuş ət ferması yaradılıb

09 Jun 2026, 08:00 4 baxış
Niderlandda dünyada ilk dəfə kultivasiya olunmuş ət ferması yaradılıb
Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş (laboratoriya şəraitində yetişdirilmiş) ət istehsalı üçün nəzərdə tutulan ferma fəaliyyətə başlayıb. Oxu.Az "NL Times"a istinadən xəbər verir ki, müəssisədə heyvan kəsimi həyata keçirilmir. Ət, heyvan toxumasından götürülmüş nümunələr əsasında xüsusi bioreaktorlarda yetişdirilir. Bunun üçün rezervuarlarda temperatur, qida maddələri və oksigen səviyyəsi daim nəzarətdə saxlanılır. Hazırda qurğu sınaq mərhələsindədir. Layihəyə Cənubi Hollandiya əyaləti tərəfindən 500 min avro vəsait ayrılıb. Qeyd olunur ki, Avropa İttifaqında kultivasiya olunmuş ətin satışı hələlik qadağandır. Fermerlər bildirirlər ki, bu texnologiya ənənəvi heyvandarlığı əvəz etməyəcək, yalnız alternativ fəaliyyət istiqaməti olacaq. Hazırda mütəxəssislər istehsal xərclərini və mümkün həcmləri müəyyənləşdirmək üçün sistemi sınaqdan keçirirlər. Tam gücü ilə işləyəcək ət fermasının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər