Dünya
Kosmosda möhtəşəm mənzərə: "Rəqs edən" qütb parıltısı görüntüləndi - VİDEO
"Crew Dragon" kosmik gəmisinin astronavtları orbitdən qütb parıltısının qeyri-adi, "rəqs edən" görüntülərini qeydə alıblar. Videoda cənub parıltısının parlaq yaşıl zolağının Yer kürəsi üzərində qıvrılaraq müxtəlif naxışlar yaratması və sanki "rəqs etməsi" əks olunub. Oxu.Az xəbər verir ki, görüntüləri NASA astronavtı Cessika Meir ictimaiyyətlə bölüşüb. Astronavt öz paylaşımında parıltının süzülərək möhtəşəm bir şou yaratdığını qeyd edib. O, bu qeyri-adi fenomenin onu heyran etdiyini bildirib.
Mənbə
oxu.az