Dünya
Erməni bloqerə 54 milyon dollarlıq cərimə: BƏƏ-ni tərk edə bilmir - FOTO
Bir neçə il ərzində milyonlarla izləyici toplayan bloqer Arut Nazaryan bahalı alış-verişləri, dəbdəbəli həyat tərzi ilə diqqət çəkirdi. Lakin kriptovalyuta fırıldağı ilə bağlı məhkəmə qərarından sonra o, uzun müddət Birləşmiş Ərəb Əmirliklərini tərk edə bilməyəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Starhit" məlumat yayıb. Nazaryan bildirib ki, 2014-cü ildə Özbəkistandan Dubaya köçüb. Onun heç bir maddi yığımı olmayıb və uzun müddət satış məsləhətçisi kimi çalışıb. Daha sonra bloqerlik fəaliyyəti və kriptovalyuta investisiyaları ilə məşğul olmağa başlayaraq ilk böyük gəlirlərini əldə edib.
Lakin bu uğur onu məsuliyyətdən xilas etməyib. Təxminən altı ay əvvəl məhkəmə onu iki il müddətinə azadlıqdan məhrum edib və 200 milyon dirhəm (təxminən 54.4 milyon dollar) məbləğində cərimələyib. Buna səbəb lisenziyasız kriptobirja idarə etməsi olub. Məhkəmə zərərçəkənlərin tərəfini tutaraq cərimənin məbləğini platformanın ümumi ticarət dövriyyəsinə uyğun müəyyənləşdirib. Nazaryan bu məbləği ödəyə bilmədiyini, bütün aktivlərini itirdiyini, daşınmaz əmlakını və avtomobillərini satmağa davam etdiyini bildirib. Bununla belə, əldə olunan vəsait nəhəng borcun bağlanması üçün kifayət etmir.
Arut Nazaryan təkcə kriptoinvestor kimi deyil, həm də səhnə fəaliyyəti ilə tanınıb. O, Arut təxəllüsü ilə çıxış edib və müxtəlif ifaçılarla duetlər yazdırıb. Onun vəkilləri hüquqi mübarizəni davam etdirirlər. Bildirilir ki, onlar Nazaryana verilə biləcək altı illik həbs cəzasını iki ilə endirməyə nail olublar.
Mənbənin məlumatına görə, Nazaryan həbs müddətini başa vurduqdan sonra da ölkəni tərk edə bilməyəcək. BƏƏ qanunvericiliyinə əsasən, o, çoxmilyonluq cəriməni tam ödəməyənədək ölkədən çıxış icazəsi ala bilməz. Qeyd edək ki, Nazaryan öz kriptobirjasını hələ 2022-ci ildə bağlayaraq müflis olduğunu elan etmişdi. Lakin bu addım onun məsuliyyətdən yayınmasına kömək etməyib.

Mənbə
oxu.az