Dünya

Dəb dünyasında "retro" dalğası: 60-cı illərin aksesuarı yenidən trenddə

09 Jun 2026, 02:36 2 baxış
Dəb dünyasında "retro" dalğası: 60-cı illərin aksesuarı yenidən trenddə
1960-cı illərin məşhur aksesuarı yenidən dəbə minib. Oxu.Az xəbər verir ki, bu barədə "Fashion Factory" məktəbinin "Telegram" kanalında bildirilib. Kanalın redaktorları lüks brendlərin nümayişlərini və sosial şəbəkə fenomenlərinin paylaşımlarını təhlil edərək, saç bantlarının (abadok) moda həvəskarları arasında yenidən populyarlıq qazandığı qənaətinə gəliblər. Hazırda qadınlar bu aksesuarı müxtəlif uzunluqlu saçlarla istifadə etməyə üstünlük verirlər. "Son nümayişlərdə müxtəlif variantlar daha çox diqqət çəkir: lakonik və demək olar ki, görünməz modellərdən tutmuş, "Miu Miu F/W 2026/27" kolleksiyasında təqdim olunan ziqzaqşəkilli modellərə qədər. Bu, dəbin nə qədər dövri olduğunun daha bir xatırlatmasıdır. Odur ki, hər hansı bir əşyanı atmadan əvvəl 100 dəfə düşünün!" - deyə ekspertlər qeyd ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər