Dünya
İrandan ABŞ-yə sərt mesaj: "Sizə etibar etmirik"
İran hökuməti bəyan edib ki, ABŞ ilə aparılan danışıqlarda əsas məqsəd münasibətlərin normallaşdırılması deyil, müharibənin dayandırılması və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasıdır. Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib. Onun sözlərinə görə, Tehran Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasını əsas hədəf hesab etmir. "Bizim məqsədimiz müharibəyə son qoymaq və uzunmüddətli təhlükəsizliyi təmin etməkdir, ABŞ ilə münasibətlərin normallaşdırılması deyil. Eyni zamanda qarşı tərəfə etibar etmirik", - deyə Qalibaf bildirib. O əlavə edib ki, İranın yanaşmasına görə, ölkə ya müharibə aparır, ya da danışıqlar edir, lakin bu iki proses müəyyən hallarda paralel şəkildə də davam edə bilər. Qalibaf həmçinin ABŞ və İsrailin birgə addımlarının regionda gərginliyi artırdığını vurğulayıb. Qeyd edək ki, son günlər İsrail və İran arasında qarşılıqlı raket hücumları fonunda Yaxın Şərqdə gərginlik daha da artıb.
Mənbə
oxu.az