Dünya

Pentaqondan Çinin texnologiya nəhənglərinə zərbə

09 Jun 2026, 01:36 2 baxış
Pentaqondan Çinin texnologiya nəhənglərinə zərbə
ABŞ Müharibə Nazirliyi Çinin bir sıra iri şirkətlərini Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlıq edən müəssisələr siyahısına daxil edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ hökumətinin Federal Reyestrində dərc olunmuş sənəddə bildirilib. Siyahıya Çinin "Alibaba" elektron ticarət nəhəngi, "Baidu" axtarış sistemi operatoru, BYD elektromobil və akkumulyator istehsalçısı, həmçinin NIO elektromobil istehsalçısı daxil edilib. Sənədə əsasən, bu şirkətlər Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıqlarına görə "Çin hərbi şirkətləri" siyahısına salınıblar. Məlumata görə, cari il ərzində siyahıya ümumilikdə təxminən 15 şirkət əlavə olunub. Pentaqon bu siyahını 2021-ci ildən dərc edir. Həmin siyahıya daxil edilmək avtomatik olaraq sanksiyaların tətbiqi demək deyil. Lakin siyahıda yer alan şirkətlər ABŞ Müharibə Nazirliyi üçün podratçı kimi fəaliyyət göstərə bilmirlər. Bundan əlavə, belə qərar investorlar üçün həmin şirkətlərə qarşı gələcəkdə ticarət və ya digər məhdudiyyətlərin tətbiq oluna biləcəyinə dair siqnal hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər