Şou biznes

Vensan Kassel Napoleon Bonapartı canlandıracaq - VİDEO

09 Jun 2026, 01:48 2 baxış
Vensan Kassel Napoleon Bonapartı canlandıracaq - VİDEO
Fransız aktyor Vensan Kassel "Valor Mortis" videooyununda Napoleon Bonapart obrazını canlandıracaq. Layihə birinci şəxs baxış bucağında təqdim olunan Soulslike janrında hazırlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. İyunun 8-də keçirilən "Xbox Games Showcase" tədbiri çərçivəsində oyunun ilk treyleri nümayiş olunub. Videoda Vensan Kassel ilk dəfə Napoleon obrazında görünür.
Çarx zamanı imperator baş qəhrəman Uilyamı yeni qazandığı qabiliyyətlərlə bağlı xəbərdar edir və oyunçulara belə bir sual ünvanlayır: "İmperatorunuz naminə nəyi qurban verməyə hazırsınız?" Oyunda hadisələr XIX əsr Avropasının fövqəltəbii elementlərlə zəngin alternativ versiyasında cərəyan edir. Oyunçular Böyük Ordunun Uilyam adlı dirildilmiş əsgərini idarə edəcəklər. Qəhrəman həm Napoleon dövrünə aid real silahlardan, həm də dağıdıcı fövqəltəbii qüvvələrdən istifadə edə biləcək. "Valor Mortis"in satışa çıxarılması sentyabrın 24-nə planlaşdırılıb. Oyun "PlayStation 5", "Xbox Series S", "Xbox Series X" və PC üçün "Steam" platformasında əlçatan olacaq. Layihə, həmçinin "Xbox Game Pass" abunə xidmətinə də əlavə ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər