Dünya

Konqoda Eboladan ölənlərin sayı 100-ü keçdi

09 Jun 2026, 01:54 2 baxış
Konqoda Eboladan ölənlərin sayı 100-ü keçdi
Ebola qızdırmasından laborator şəkildə təsdiqlənmiş ölüm hallarının sayı Konqo Demokratik Respublikasında 101-ə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırkı epidemiya zamanı Ebola virusuna yoluxanların sayı 550 nəfərə yüksəlib. Bir gün əvvəl bu göstəricilər müvafiq olaraq 91 ölüm və 515 yoluxma halı təşkil edirdi. Ebola ilə mübarizəyə dəstək vermək məqsədilə Konqo Demokratik Respublikasına digər ölkələrdən mütəxəssislər gəlməyə başlayıblar. Ölkənin rabitə və media məsələləri üzrə naziri Patrik Muyayya Katembve bildirib ki, çinli tibbi ekspertlərdən ibarət qrup paytaxt Kinşasaya gəlib. Nazirin sözlərinə görə, yerli qurumlara tibbi yardım və dəstək göstərməyi nəzərdə tutan missiya üç ay davam edəcək. Qeyd edək ki, hazırkı Ebola epidemiyası ötən ay Konqo Demokratik Respublikası və Uqandada qeydə alınıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, son onilliklərin ən genişmiqyaslı və ölümcül Ebola yayılmalarından birinə çevrilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər