Dünya
Ermənistanda parlament seçkisinin yekun nəticələrinin açıqlanacağı tarix məlum oldu
Ermənistanda keçirilən parlament seçkisinin yekun nəticələri iyunun 14-də açıqlanacaq. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan məlumat verib. Onun sözlərinə görə, hazırda səslərin yenidən sayılması və nəticələrin dəqiqləşdirilməsi prosesi davam edir. "Cümə gününədək yenidən sayma prosedurları və düzəliş mərhələləri həyata keçiriləcək. Bundan sonra daxil olan şikayət və müraciətlər qiymətləndiriləcək. Yekun nəticələr isə iyunun 14-də açıqlanacaq", - deyə Hovakimyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Mənbə
oxu.az