Dünya

Hindistanda dəhşətli YANĞIN: Səkkiz nəfər həlak oldu - VİDEO

09 Jun 2026, 00:00 2 baxış
Hindistanda dəhşətli YANĞIN: Səkkiz nəfər həlak oldu - VİDEO
Hindistanın Andhra-Pradeş ştatının Vişaxapatnam şəhərində yerləşən metallurgiya zavodunda baş verən yanğın nəticəsində azı səkkiz işçi həlak olub, bir neçə nəfər isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.
Məlumata görə, əridilmiş metal daşıyan çalovun aşması nəticəsində konvertor sexində güclü yanğın baş verib. Hadisə zamanı bir neçə işçi bədən səthinin 70 faizinə qədərini əhatə edən ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Hindistanın Baş naziri Narendra Modi sosial şəbəkədə etdiyi paylaşımda faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə şəfa diləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər