Dünya

Türkiyədə rezonans doğuran narkotik əməliyyatı: Tanınmış şəxslərin test nəticələri bilindi

08 Jun 2026, 22:36 2 baxış
Türkiyədə rezonans doğuran narkotik əməliyyatı: Tanınmış şəxslərin test nəticələri bilindi
Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərlə bağlı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan yeddi nəfərin narkotik testlərinin nəticələri müsbət çıxıb. Oxu.Az bu barədə NTV telekanalına istinadən xəbər verir. İstintaq çərçivəsində Məhkəmə Tibbi Ekspertiza İdarəsində qan, saç və sidik nümunələri təqdim edən Mabel Matiz ləqəbi ilə tanınan Fatih Karaca, Tarık Tunca Bakır, Aycan Yağcı, Eda Dora, Aslıhan Turanlı, Volkan Bahçekapılı və Yasemin İkbalın orqanizmində kokain maddəsi aşkar edilib. Xatırladaq ki, iyunun 4-də qan və saç nümunələri götürülən Onur Tuna, Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanın da narkotik testlərinin nəticələri müsbət çıxmışdı. İstintaq tədbirləri davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər