Dünya

Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub

08 Jun 2026, 21:48 3 baxış
Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub
Yaponiya parlamentinin hər iki palatasının sədrləri imperator ailəsi haqqında qanuna dəyişikliklərlə bağlı təklifləri parlament fraksiyalarının müzakirəsinə təqdim ediblər. Oxu.Az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu addım imperator taxtının varisliyi ilə bağlı yaranan narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır. Hazırda Yaponiya imperatoru Naruhitonun cəmi üç varisi var: onun 60 yaşlı kiçik qardaşı, vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitati. Bu vəziyyət son illərdə imperator taxtının davamlı varisliyi ilə bağlı ciddi narahatlıqlar yaradır. Parlamentdə 1947-ci ildə qəbul edilmiş və taxt-tacın yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutan qanuna iki dəyişiklik variantı müzakirə olunur: Birinci təklifə görə, imperator ailəsinə mənsub qadınlar titul sahibi olmayan şəxslərlə ailə qursalar belə, öz statuslarını qoruyub saxlayacaqlar. İkinci variant isə 1947-ci ildə rəsmi statuslarını itirmiş imperator ailəsinin 11 yan qoluna mənsub kişilərin yenidən ailəyə qaytarılmasını nəzərdə tutur. Təşəbbüslərin yaxın vaxtlarda Yaponiyanın Baş naziri Sanae Takaichiyə təqdim olunması gözlənilir. Bundan sonra hökumət müvafiq qanun layihəsi hazırlayacaq. Sənədin parlamentin cari sessiyasının rəsmi bağlanış tarixi olan iyulun 17-dək qəbul edilə biləcəyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər