Cəmiyyət

Qəbələ və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

08 Jun 2026, 16:38 26 baxış
Qəbələ və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək
Qəbələ və Sabirabad rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, buna səbəb aparılacaq təmir-quraşdırma işləridir. Bildirilib ki, bununla əlaqədar iyunun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Qəbələnin Vəndam qəsəbəsi və Sabirabad rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər