Cəmiyyət

Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi

08 Jun 2026, 13:30 13 baxış
Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.


Bu barədə Axar.az-a QSC-dən bildirilib.


Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.


Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər