Cəmiyyət

Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - FOTO

08 Jun 2026, 12:50 16 baxış
Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - FOTO
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - FOTO Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər