Cəmiyyət
Yayda bəzi ayaqqabıları geyinmək təhlükəlidir - Ortopeddən xəbərdarlıq
"Yay ayaqqabısının düzgün seçilməməsi sağlamlıq üçün mənfi nəticələrə yol aça bilər". Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı travmatoloq-ortoped Antonina Zavadskaya deyib. Həkimin sözlərinə görə, yay üçün ayaqqabı seçərkən ortopedik xəstəliklərdən və zədələnmə riskindən qorunmaq üçün onun konstruksiyasına xüsusi diqqət yetirmək lazımdır. "Xüsusilə, daban hissəsinin olmaması ayağın dayanıqlığını azaldır ki, bu da müxtəlif zədələrə səbəb ola bilər. Dar burunlu ayaqqabılar isə ayağın ön hissəsini həddindən artıq sıxdığı üçün barmaqların deformasiyasına və qan dövranının pozulmasına gətirib çıxarır. Platformalı ayaqqabılarda tənzimlənən bağlayıcıların olmaması da zədələnmə riskini artırır. Bundan əlavə, altlığın sərtliyi və hündürlüyü yerişin təbii biomexanikasını pozur. Səndəllər, idman ayaqqabıları və vyetnamkalarda ayaq üçün kifayət qədər amortizasiya və dəstək təmin edilmir. Bu isə baldır, bud və bel əzələlərinin həddindən artıq gərginləşməsinə səbəb olur. Yay üçün optimal seçim hündürlüyü 2-4 santimetr olan dayanıqlı dabanlı, geniş ön hissəyə malik, tənzimlənən bərkidiciləri və etibarlı arxa hissəsi olan ayaqqabılardır". Həkim əlavə edib ki, elastik və sürüşməyən altlığın olması da ayaqqabının rahatlığı baxımından mühüm üstünlük hesab olunur.
Mənbə
oxu.az