Cəmiyyət
Lənkəranda avtomobili ağaca çırpıldı: Sürücü həlak oldu
Lənkəranda avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Oxu.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayonunun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi VAZ-2106 markalı avtomobili ağaca çırpılıb. Qəza nəticəsində o, hadisə yerində ölüb. Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, sürücünün sükan arxasında ürəyi tutub və avtomobil idarəetmədən çıxaraq aşıb. Ölümün dəqiq səbəbləri isə ekspertiza rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az