Mədəniyyət
"Mənə dedi ki, gəl, səhnədə öl" - VİDEO
"Qapqara" verilişinin növbəti buraxılışının qonağı Xalq artisti Kazım Abdullayev olub. O, sənətinə görə vaxtilə ailəsinə kifayət qədər zaman ayıra bilmədiyini söyləyib: "Səhər tezdən işə gedir, gecə isə hamı yatandan sonra evə qayıdırdım. Övladlarımın necə böyüdüyünü görmədim. Bir də ayıldım ki, uşaqlar artıq böyüyüb universitetə gedirlər. Onların təhsil, geyim, yemək və digər xərclərini qarşılamaq üçün durmadan çalışmalı idim".
Kazım Abdullayev səhnəyə olan bağlılığını və peşəsinə olan məsuliyyətini xüsusi bir xatirəsi ilə bölüşüb: "Bir dəfə Mərdəkanda tamaşamız var idi. Evdə 40 dərəcə qızdırma ilə uzanmışdım, soyuqdan əsirdim. Teatra zəng edib vəziyyətimi dedim. Amaliya Pənahova isə cavabında "gəlsin, səhnədə ölsün" dedi. Tamaşa təyin olunduğu və biletlər satıldığı üçün məcbur olub durub getdim. İnana bilməzsiniz, səhnəyə çıxıb rolumu oynadım, tamaşa bitəndə isə artıq sağalmışdım".

Mənbə
oxu.az
Oxşar Xəbərlər