Cəmiyyət

Xırdalanda faciənin bir addımlığında: Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO

07 Jun 2026, 00:00 2 baxış
Xırdalanda faciənin bir addımlığında: Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər