Cəmiyyət
Məktəbdə şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib? - VİDEO
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, məktəbin 5-ci sinif şagirdinin dərs zamanı idman müəllimi Fərqan Xəlilzadə tərəfindən vurularaq xəsarət aldığı deyilir. Məlumata görə, hadisə məktəbdə baş versə də, bununla bağlı şagirdin valideynlərinə hər hansı məlumat verilməyib. Döyüldüyü iddia olunan azyaşlı baş verənlərlə bağlı danışıb.
Valideynlər bildiriblər ki, övladlarının xəsarət aldığını yalnız məktəbdən evə qayıtdıqdan sonra öyrəniblər. Onların sözlərinə görə, uşağın bədənində xəsarət izləri müşahidə olunub və hadisənin təfərrüatı azyaşlının izahından sonra məlum olub.

Mənbə
oxu.az
Oxşar Xəbərlər