Cəmiyyət
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib. Elvin Səfərlinin idarə etdiyi "Changan" markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az