Cəmiyyət

"Mənzil sökülüb, bizə kompensasiya verilməyib" - VİDEO

06 Jun 2026, 19:12 2 baxış
"Mənzil sökülüb, bizə kompensasiya verilməyib" - VİDEO
Evi sökülən paytaxt sakini kompensasiya ala bilmədiyini iddia edir. Baku TV-nin qaynar xəttinə müraciət edən Tahirə Fərəcovanın sözlərinə görə, qardaşı Tahir Süleymanova məxsus mənzil 2024-cü ilin iyul ayında sökülüb.
Şikayətçi bildirir ki, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, 2 ünvanında yerləşən mənzillər onlara vaxtilə ailə tərkibinin geniş olması səbəbindən İcra Hakimiyyəti tərəfindən verilib: "Biz uzun illərdir bu küçədə yaşayırdıq. Vaxtilə Füzuli rayonundan qaçqın düşmüş bir ailəni müvəqqəti olaraq həmin mənzillərdən birində məskunlaşdırmışdıq. İndi ərazi sökülüb, lakin mənzilin sənədləri bizim adımıza olduğu halda, kompensasiya bizə ödənilmir. Qardaşım xəstə olduğu üçün mənə rəsmi etibarnamə verib. Lakin Xətai Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, ərizələrimizi qəbul etmir və bizi məhkəməyə yönləndirirlər". Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2024-cü ildə şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Yusif Səfərov, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində söküntü işləri qanunvericiliyə uyğun həyata keçirilib və kompensasiyalar ödənilib: "49 saylı mənzilin də kompensasiyası mövcud sənədlərə və qanunvericiliyə uyğun olaraq həmin mənzildə faktiki yaşayan vətəndaşlara verilib".
Mənbə oxu.az

Oxşar Xəbərlər