Cəmiyyət

"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ

06 Jun 2026, 18:36 2 baxış
"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor təyin edilib. Oxu.Az xəbər verir ki, MMC-nin yeni rəhbəri Orxan Həsənovdur. O bu vəzifədə Əyyub Kərimlini əvəz edib. "Nəqliyyat Təlim Mərkəzi" 2004-cü ildə "Albalılıq Avtoparkı" adı ilə yaradılıb, 2025-ci ildə adı dəyişdirilib. Onun nizamnamə kapitalı 17.2 min manatdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər