Cəmiyyət
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Mənbə
oxu.az