Cəmiyyət
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-yə məxsus "Dənizçi Təmir-Tikinti" MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, şirkətin direktorunun səlahiyyətlərin icrası müvəqqəti olaraq Rəhim Mikayılova həvalə olunub. "Dənizçi Təmir-Tikinti" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57.46 min manatdır. Şirkətin əsas fəaliyyəti ASCO-nun törəmə hüquqi şəxsləri, tabeliyində olan təşkilatları, o cümlədən kənar hüquqi və fiziki şəxslər üçün təmir, tikinti-quraşdırma, dizayn işlərinin yerinə yetirilməsidir.
Mənbə
oxu.az