Cəmiyyət

"Aqroservis"in əməkdaşına hökm oxundu

06 Jun 2026, 17:39 2 baxış
"Aqroservis"in əməkdaşına hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəndalı Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.


Məhkəmənin hökmü ilə B.Qənbərov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.


İttihama görə, hadisə ötən il iyunun 25-də Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayon sakini Bəndalı Qurbanov KIA markalı avtomobillə qarşıda gedən "Opel" markalı avtomobili ötmək istəyərkən idarəetməni itirib və həmin avtomobillə yanaşı "Mercedes-Benz" markalı maşınla da toqquşub. Hadisə nəticəsində KIA-nın sərnişini Elçin Süleymanov, "Mercedes-Benz"də olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun Qurbanov və 1991-ci il təvəllüdlü Nicat Qurbanov həlak olublar. Hadisə nəticəsində xəsarətlər alan B.Qənbərov xəstəxanaya yerləşdirilib.


Xatırladaq ki, qəzada təqsirləndirilən B.Qənbərov "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsinin əməkdaşı olub.

Mənbə axar.az

Oxşar Xəbərlər