Cəmiyyət

Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

06 Jun 2026, 16:42 3 baxış
Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
İyunun 6-da saat 16:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Daşkəsən və Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır. Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər