Cəmiyyət

Baş mühəndis institutun rəhbəri oldu

06 Jun 2026, 16:52 2 baxış
Baş mühəndis institutun rəhbəri oldu

Dilqəm Qəniyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-yə rəhbər təyin edilib.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.


Bildirilib ki, o, indiyə qədər İnstitutun baş mühəndisi olub və yeni vəzifəsində ötən ay agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinə təyinat almış Azər Nemətlini əvəz edib.


Qeyd edək ki, "Azəryolelmitədqiqatlayihə İnstitutu" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 240 min manatdır.

Mənbə axar.az

Oxşar Xəbərlər