Cəmiyyət

Lənkəranda boru zədələndi: Abonentlər qazsız qaldılar

06 Jun 2026, 11:58 2 baxış
Lənkəranda boru zədələndi: Abonentlər qazsız qaldılar
Bu gün Lənkəran rayonunun Liman şəhəri, M.İbayev küçəsində aparılan qazıntı işləri zamanı yeraltı qaz kəməri zədələnib. Oxu.Az xəbər verir ki, hadisə səhər saat 10 radələrində baş verib və nəticədə, diametri 225 millimetr olan ortatəzyiqli kəmərdə qaz sızması baş verib. Lənkəran Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qeyd olunub ki, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər