Cəmiyyət

İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto

06 Jun 2026, 10:23 4 baxış
İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.


Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.


Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.


Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər