Cəmiyyət
Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar. Oxu.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Qeyd olunub ki, Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıblar. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Mənbə
oxu.az