Cəmiyyət

Məhkəmə ekspertləri üçün yeni ixtisas müəyyən edildi

06 Jun 2026, 00:24 2 baxış
Məhkəmə ekspertləri üçün yeni ixtisas müəyyən edildi
"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"də dəyişiklik edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısına yeni redaksiya verilib. Belə ki, siyahıya Məhkəmə yerquruluşu ekspertizası (Məhkəmə yerquruluşu obyektlərinin tədqiqi) ixtisası əlavə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər