Cəmiyyət
Azərbaycan ilk dəfə UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
Paraqvayın Ernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan da bu Şuranın üzvüdür. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyindən bildirilib. Qeyd olunub ki, sessiyada ölkəmiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin nümayəndə heyəti ilə təmsil olunur. Sessiyanın bugünkü iclası çərçivəsində komitə üzvlərinin yekdil qərarına əsasən, Azərbaycanın "Böyük Qafqaz Biosfer Rezervi" nominasiya faylı UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilib. Bu ərazi Azərbaycanın Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilən ilk ərazisidir. Qeyd edək ki, dünyanın 142 ölkəsində UNESCO-nun 784 biosfer qoruğu mövcuddur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az