Kriminal
Ağcabədidə iki VAZ toqquşdu - Xəsarət alanlar var
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə saat bir radələrində şəhər ərazisində qeydə alınıb. Rayon sakini Elvin Əliyevin idarə etdiyi VAZ-21011 və Cavid Əfqanlının idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində sürücülər və VAZ-2106-da olan üç yaşlı oğlan ağır xəsarətlər alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az